...

"Karvan" futbol klubu Türkiyədəki hazırlıqları başa çatdırıb

Cəmiyyət Materials 11 İyul 2006 17:56 (UTC +04:00)

"Karvan" futbol klubu UEFA Kubokunun ilk raundunun iyunun 13-də "Şəfa" stadionunda keçiriləcək Trnavanın "Spartak" klubuna qarşı oyununa hazırlıqları başa çatdırıb.

Trend in verdiyi xəbərə görə, Türkiyədəki təlim-məşq hazırlıqlarından sonra klub vətənə qayıdıb və görüşdən əvvəl "Şəfa" stadionunda son məşqlərini edəcək. Bosfor sahillərindəki hazırlıqlar zamanı beynəlxalq arenada ikinci dəfə oynayacaq yevlaxlılar bir neçə sınaq görüşü keçirib, yeni potensial oyunçuları gözdən keçirib və Avropa Kuboku qarşılaşmalarına yaxşı formada yaxınlaşırlar.

Qeyd etmək lazımdır ki, UEFA Kubokunda "Karvan"ın rəqibi iyulun 12-də Azərbaycanın paytaxtına gələcək və həmin gün axşam "Şəfa" stadionunda məşq edəcək.

Xəbər lenti

Xəbər lenti