...

Yarım il ərzində Səhiyyə Nazirliyinə 6 min müraciət və şikayət daxil olub

Cəmiyyət Materials 11 İyul 2006 20:34 (UTC +04:00)

2006-cı ilin yanvar-iyun aylarında Səhiyyə Nazirliyinə daxil olmuş şikayətlərin sayı 6500 təşkil edib. Trend agentliyinin nazirliyə istinadən yaydığı məlumata əsasən, bu şikayətlərin 2 mini tibbi xidmət, müayinə sahəsinə aiddir.

Səhiyyə naziri Oqtay Şirəliyev deyib ki, bir sıra özəl tibb müəssisələrinin fəaliyyətində qüsurlar var. "Tibb müəssisələrindəki özəl apteklər bağlanılmalıdır, çünki bunların əksəriyyəti qanunsuz fəaliyyət göstərir" - deyə nazir vurğulayıb.

Səhiyyə naziri deyib ki, poliklinikalarda keçirilən dezinfeksiya tədbirləri qənaətbəxş deyil. "Xüsusi komissiya tərəfindən tibb mərkəzlərində sanitar normalara dair görüşlərə baxmayaraq, istənilən nəticə əldə olunmayıb" - deyə o bildirib.

"Sanitar qaydalar pozulduqda komissiya cəza tədbirlərinə əl atacaq" - deyə o qeyd edib.

Bununla yanaşı, səhiyyə naziri deyib ki, özəl müəssisələrdə aparılan reydlər nəticəsində dövlət müəssisələrində işləyən həkimlərin əlavə gəlir əldə etmək üçün xəstələri özəl tibb mərkəzlərinə göndərdikləri məlum olub. "Bu tibb işçiləri cəzalandırılacaq" - deyə nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti