...

"Neftçi" yaxın mövsüm üçün tərkibi müəyyənləşdirib

Cəmiyyət Materials 13 İyul 2006 17:45 (UTC +04:00)

Türkiyədə məşqlərdə olan "Neftçi" futbol klubu gələn mövsüm üçün tərkibini müəyyənləşdirib.

Komandanın mətbuat katibi Səbuhi Səfiyarlının Trend ə verilən məlumata əsasən, komandanın tərkibinə yalnız hücumçu Fərrux İsmaylov və müdafiəçi Mair Şükürov daxil edilib. "Bakılılar hər hansı bir əhəmiyyətli transfer etməyi planlaşdırmır, xüsusilə də, "Neftçi"nin bu mövsümdə Avropa kuboklarında iştirak etmədiyi bir zaman. Buna görə klub yalnız Azərbaycan çempionatında uğurlu oyun haqqında düşünür" - deyə S.Səfiyarlı qeyd edib.

O vurğulayıb ki, Bosfor sahillərindəki məşqlər zamanı Qurban Qurbanovun başçılıq etdiyi kollektiv artıq 3 oyun keçirib, iyulun 13-də isə daha bir yoxlama matçı keçirəcək.

Xəbər lenti

Xəbər lenti