...

Milli Mətbuat Günü münasibəti ilə bayram tədbirləri keçiriləcək

Cəmiyyət Materials 17 İyul 2006 12:41 (UTC +04:00)

Azərbaycanın Təhsil Nazirliyi 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə bayram tədbiri keçirəcək. Bu barədə Trend ə Təhsil Nazirliyindən məlumat verilib. Tədbir iyulun 18-də saat 19.00-da "Xarı bülbül" restoranında qeyd olunacaq.

Milli Mətbuat Günü münasibəti ilə Mətbuat Şurası, "RUH" Jurnalisilərin Hüquqlarını Müdafiə Komitəsi və digər jurnalist təşkilatları tərəfindən də tədbirlər təşkil olunacaq. İyulun 19-da saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində Zərdabi Mətbuat Mərkəzi "Netf sənayesinin KİV-də işıqlandırdıqlarına görə" jurnalistlərin mükafatlandırılması mərasimi keçiriləcək. Təşkilat Azərbaycanda neft sənayesinin KİV-də işıqlaqndırılmasının monitorinqini aparıb və bu mövzu daha çox məqalələr yazan jurnalistləri müəyyənləşdirir. İndiyədək 137 yazıya baxılıb və ən yaxşıları seçilib. I yerə bir, II yerə də bir, III yerə isə iki nəfər layiq görüləcək, bir nəfər isə həvəsləndirici mükafat alacaq. Qaliblərə Zərbadi Mətbuat Mərkəzinin diplomları və pul mükafatı veriləcək.

Zərdabi Mətbuat Mərkəzi, Mətbuat Şurası və digər jurnalist təşkilatları, qəzet redaktorları, KİV rəhbərləri iyulun 19-da və 22-də Azərbycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarının ziyarət edəcəklər. H.Zərdabinin ruhuna dualar oxunacaq, onun xatirəsinə anma törəni keçiriləcək.

İyulun 20-də saat 19.00-da "Park-İnn" otelində Milli Mətbuat günü münasibəti ilə rəsmi qəbul olacaq. Toplantıda baş redaktorlar, jurnalisit təşkilatlarının, Kİ-lərin rəhbərləri, xarici ölkə səfirliklərinin nümayəndələri, ziyalılar, dövlət və siyasi xadimlər iştirak edəcəklər. İyulun 21-də isə "RUH", "Yeni Nəsil" və "Müstəqil Jurnalistlər Liqası"nın birgə təsis etdiyi "Media açarı" mükafatının təqdimat mərasimi keçiriləcək. Tədbir saat 15.00-da "Avropa" otelində olacaq. hazırda münsiflər toplanan yazılara baxır və qalibləri müəyyənləşdirirlər. Ənənəvi olaraq qaliblərə pul mükafatı, diplom və "Media açarı" heykəlciyi təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti