...

"Dərman vasitələri haqqında" qanun layihəsi üzərində yenidən işləniləcək

Cəmiyyət Materials 19 İyul 2006 12:28 (UTC +04:00)

Ölkənin dərman bazarını tənzimləmək məqsədilə "Dərman vasitələri haqqında" qanun layihəsi üzərində yenidən işləniləcək. Trend xəbər verir ki, sənəd Milli Məclisin sosial siyasət məsələləri daimi komissiyasında hazırlanacaq.

Onu da bildirək ki, sənəd dərman bazarında baş verən qanunsuzluqların aradan qaldırılmasına stimul olacaq. Adıçəkilən qanun layihəsi birinci oxunuş üçün parlamentdə müzakirəyə çıxarılıb. Lakin bəzi millət vəkillərinin təklifləri nəzərə alınaraq sənədin yenidən işlənməsi qərara alınıb. Onu da qeyd edək ki, sənəd MDB ölkələrinin mövcud qanunvericilik təcrübəsinə əsaslanaraq hazırlanıb.

Millət vəkili Fazil Qəzənfəroğlu bildirib ki, mahiyyətcə eyni olan "Əczaçılıq fəaliyyəti haqqında" qanunla "Dərman vasitələri haqqında" qanun birləşdirilməlidir. Millət vəkili onu da vurğulayıb ki, bu sənəd elə hazırlanmalıdır ki, dərman bazarında yaranmış qeyri-qanuni vəziyyətin, ölkəyə qanunsuz yolla dərmanların gətirilməsini, kustar üsulla dərman hazırlığının qarşısını alsın.

Milli Məclisin sosial siyasət məsələləri daimi komissiyasından bildiriblər ki, səhiyyə sahəsi ilə bağlı "Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında", "İlkin səhiyyə haqqında" və "Əczaçılıq fəaliyyəti haqqında" qanun layihələri üzərində iş aparılır. Bu prosesdə Səhiyyə Nazirliyinin və digər strukturların rəyləri də nəzərə alınır.

Xəbər lenti

Xəbər lenti