...

Yarımmüdafiəçilər Vadim Borets və Svyatoslav Stefanov "Neftçi"də qalır

Cəmiyyət Materials 20 İyul 2006 12:29 (UTC +04:00)

"Neftçi" futbol klubunun əvvəlcə transerə çıxarılmış bir neçə legioneri növbəti mövsümdə də komandada qalacaq.

Trend in məlumatına görə, ötən milli birincilik başa çatan kimi bakılıların rəhbərliyi moldovalı yarımmüdafiəçi Vadim Boretsin və onun bolqarıstanlı həmkarı Svyatoslav Stefanovun xidmətlərindən imtina etmək niyyətində olub. Ancaq bu yaxınlarda Türkiyədə təlim-məşq toplanışları zamanı onların potensialları nəzərə alınaraq kollektivdə saxlanılmaları qərara alınıb. Hər iki futbolçu "Neftçi"nin Birlik Kubokunu qazanmasında mühüm rol oynayıb. Bundan başqa, drujina titulu qoruya bilməsə də, onlar ölkə çempionatında da özlərini yaxşı göstərib.

Xatırladaq ki, hazırda klub Almaniyadadır və burada bir neçə yoxlama görüşü keçirəcək.

Xəbər lenti

Xəbər lenti