...

İran səfirliyi bu ölkədəki möcud vəziyyətlə tanış olmaq üçün azərbaycanlı jurnalistlərin səfərini təşkil etməyəcək

Cəmiyyət Materials 21 İyul 2006 12:31 (UTC +04:00)

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi son aylarda İranda baş vermiş hadisələrlə əlaqədar vəziyyətlə tanış olmaq üçün azərbaycanlı jurnalistlərin bu ölkəyə səfərini təşkil etməyəcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə İran İslam Respublikasının Azərbaycankı səfiri Əfşar Süleymani açıqlama verib.

O bildirib ki, səfirlik İranda baş verən hadisələri öyrənmək, araşdırmaq məqsədilə bu ölkəyə getmək istəyən jurnalistlərin bu möqeyini və yanaşmasını qəbul etmir: "Hansı jurnalistlər ki, deyir biz səfirliyə inanmırıq, gedib hadisələri öz gözlərimizlə görməliyik, baxmalıyıq - biz bu cür yanaşmanı qəbul etmirik. Normal vəziyyətdə dəfələrlə Azərbaycandan İrana jurnalistlər gediblər. Amma son hadisələrldə bağlı getmək istəyənlərin sözlərindən belə çıxırdı ki, gedib öz gözlərimizlə görək, sonra sizə inanaq. O jurnalistlər kimdir ki, gedib araşdırsınlar və nə üçün araşdırsınlar. Belə hərəkətləri kim qəbul edər?"-deyə səfir vurğulayıb.

Ə.Süleymani əlavə edib ki, hər il ildə bir neçə dəfə səfirlik azərbaycanlı jurnalistlərin İrana səfəini təşkil edir və bundan sonra yenə də göndərəcək.

Lakin hər hansı hadisələrlə əlaqədar yox.

Səfir İranda may ayından başlanan etiraz aksiyalarından sonra azərbaycanlıların kütləvi şəkildə həbs edilmələri, hazırda 11 mindən çox azərbaycanlının həbsxanalarda olması barədə məlumatlara da münasibət bildirib. O, qeyd edib ki, belə həbslər yoxdur və həmin məlumatlar da həqiqətə uyğun deyil: "İranda elə həbsxanalar yoxdur ki, orada 11 min adam yerləşsin. Həmin etiraz aksiyaları zamanı təxribatlar törədən, obyektləri yandıran, sabitliyi pozan adamlardan həbs edilənlər ola bilər. Lakin etiraz aksiyası keçirən, tənqidlərini bildirən adamlar indi də azadlıqdadırlar".

Xəbər lenti

Xəbər lenti