...

Azərbaycanın güləş yığması Avropa birinciliyində çıxışa başlayır

Cəmiyyət Materials 25 İyul 2006 13:30 (UTC +04:00)

Azərbaycanın sərbəst və yunan-roma güləş yığması iyulun 25-də İstanbulda yeniyetmələr arasında keçiriləcək Avropa birinciliyində iştirak edəcək.

Trend in xəbər verdiyi kimi, Rəşad Rəşidovun rəhbərlik edəcəyi "klassiklər" heyətinə ilk üçlükdə yer uğrunda mübarizə aparacaq Xurşud Babaşov (42 kq), Həsən Əliyev (46 kq), Orxan Əhmədov (50 kq), Rüstəm Əliyev (63 kq) və Elməddin Abdullayev (76 kq) daxildir. Sərbəst güləşçilərimiz isə türk xalçası üzərində Nicat Muradov (42 kq), İsa Umudov (46 kq), Yaşar Əliyev (50 kq), İlqar Ağayev (58 kq), Zaur Ələkbərov (63 kq), Amil Hüseynov (69 kq), Romal Bağırov (76 kq) və Sənan Bağırov (100 kq) ilə təmsil olunacaq.

Qeyd etmək lazımdır ki, güləşçilərimiz ənənəyə uyğun olaraq qitə birinciliklərində uğurla çıxış edir. Onların əsas rəqibləri isə xalça sahibləri, Gürcüstan və digər ölkələrin nümayəndələri ola bilər.

Xəbər lenti

Xəbər lenti