...

Azərbaycanın boks üzrə yığmasının kapitanı Şahin İmranov EABA reytinqindəki mövqeyini yaxşılaşdırıb

Cəmiyyət Materials 3 Avqust 2006 17:55 (UTC +04:00)

Azərbaycanın boks üzrə yığmasının kapitanı Şahin İmranov bu idman növünün Avropa Assosiasiyası tərəfindən dərc edilmiş Köhnə Dünyanın ən yaxşı dəri əlcək ustaları reytinqində yüksəlib.

Trend in xəbər verdiyi kimi, yerli idmançı Plovdivdəki Avropa çempionatının finalında məğlub olduğu rusiyalı Albert Səlimovu geridə qoyaraq, 57 kq-a qədər çəki kateqoriyasında üçüncü sıraya qalxıb. Üçüncü yerdə gedən Bolqariya rinqinin digər medalçısı Rahib Bəylərov da (75 kq) öz mövqeyini yaxşılaşdırıb. Mundialın bürünc mükafatçısı Elçin Əlizadə isə (91 kq), əvvəlki kimi, ağırçəkililər arasında ikinci yeri tutub.

Eyni zamanda Ruslan Xairov (69 kq) öz lider mövqeyini itirib. Protokolda onu rusiyalı Andrey Balanov ötüb. Düzdür, azərbaycanlı boksçu Avropa çempionatında iştirak etməyib, ona görə də onun yaxın vaxtlarda reytinqdə birinci yeri qaytarmaq üçün bütün şansları var.

Xəbər lenti

Xəbər lenti