...

Azərbaycan yığması Ümumdünya uşaq şahmat Olimpiadasında öz çıxışına başlayır

Cəmiyyət Materials 7 Avqust 2006 12:35 (UTC +04:00)

Azərbaycan yığması Ümumdünya uşaq şahmat Olimpiadasında iştirak edir. Olimpiadanın açılış mərasimi avqustun 6-da Türkiyədə keçirilib.

Milli Federasiyanın vitse-prezidenti Faiq Həsənovun Trend ə verdiyi xəbərə görə, komandanın tərkibinə Dünya və Avropa birinciliyinin qalibi Eltac Səfərli, Vasif Durarbəyli, Vüqar Rəsulov və Ayaz Məmmədov daxil olub.

Vaxtilə yığmanın yarışın bürünc mükafatçısı olduğunu nəzərə alaraq, kollektivin uğurla çıxış etməsi üçün bütün şansları var. Ona görə də yığma ən azı ilk onluqdakı yer uğrunda mübarizə apara və favoritlərin rəqibi ola bilər.

"Uşaq Olimpiadası çox populyar yarışdır, axı indi məşhur olan əksər şahmatçılar öz karyeralarına məhz bu birincilikdəki çıxışları ilə başlayıblar. Və bəzi gənc şahmatçılar ilk beynəlxalq təcrübələrini məhz burada əldə edəcəklər", - deyə F.Həsənov qeyd edib.

Xəbər lenti

Xəbər lenti