...

Avqustun 8-də respublikanın ali məktəblərinə II və I ixtisas qrupu üzrə 32554 abituriyent qəbul imtahanı verəcək

Cəmiyyət Materials 7 Avqust 2006 17:00 (UTC +04:00)

Avqustun 8-də 2006-2007-ci tədris ili üçün respublikanın ali məktəblərinə II və I ixtisas qrupu abituriyentlərinin qəbul imtahanları keçiriləcək. Trend Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ictimaiyyətlə əlaqələr bölməsinin yaydığı məlumata istinadən xəbər verir ki, həmin gün 32554 abituriyent qəbul imtahanı verəcək.

İmtahanın keçirilməsi üçün Bakı şəhərində 53, Naxçıvan şəhərində isə 3 bina ayrılıb. Bakı və Sumqayıt orta məktəblərindən 2301 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 176 imtahan rəhbəri cəlb olunub.

ABŞ Beynəlxalq İnkişaf Agentliyi əməkdaşlıq layihəsi çərçivəsində ölkəmizə səfər edən "Təhsil Testi Xidməti"nin nümayəndəsi Albert Braun avqustun 8-də II və I ixtisas qrupu abituriyentlərinin qəbul imtahanlarında müşahidəçi qismində iştirak edəcək. TQDK-nın imtahanın keçirilməsi sahəsində gördüyü işlərlə tanış olacaq.

Xəbər lenti

Xəbər lenti