...

Hacı Məmmmədov AFFA-nın vitse-prezidenti Fətulla Hüseynovun qətli ilə bağlı epizod üzrə ifadə verib

Cəmiyyət Materials 9 Avqust 2006 19:15 (UTC +04:00)

Avqustun 9-da Hacı Məmmmədov AFFA-nın vitse-prezidenti Fətulla Hüseynovun qətli ilə bağlı epizod üzrə ifadə verib. Trend in xəbərinə görə, DİN Baş Ciynayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun bandasının cinayət işi üzrə məhkəmə istintaqı Ağır Ginayətlərə dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilib.

H.Məmmədov məhkəmənin nəzərinə çatdırıb ki, F.Hüseynovun qətlini dəstə üzvlərinə o sifariş verib: "Fətullanın oğlu Adillə aramızda mübahisə yaranmışdı. Mən Adilin qisasını atasından almaq qərarına gəldim. Ona görə də dəstə üzvlərinə onun qətlini sifariş etdim. Ancaq

sonradan başa düşdüm ki, bu mübahisəni əsassız yerə şişirtmişəm. Lakin artıq gec idi, çünki Fətulla qətlə yetirilmişdi" - deyə H.Məmmədov bildirib.

H.Məmmədov onu da məhkəmənin nəzərinə çatdırıb ki, qətlin icraçısı dəstə üzvü Aslanbek Çintamirov olub. Bu qətlə görə o, A.Çintamirova 3500 ABŞ dolları verib: "Fətulla ilə mən eyni binada yaşayırdıq. Aslanbek Çintamirov Fətullanı qətlə yetirərkən mən həmin səhnəni evimin pəncərəsindən seyr edirdim" - deyə H.Məmmədov söyləyib.

Xəbər lenti

Xəbər lenti