...

Mais Səfərli: "Xaricdə yaşayan azərbaycanlılara qarşı Azərbaycan dövləti səviyyəsində diqqət artıb"

Cəmiyyət Materials 11 Avqust 2006 12:40 (UTC +04:00)

Xaricdə yaşayan azərbaycanlılara qarşı Azərbaycan dövləti səviyyəsində diqqət artıb. Bu barədə Trend ə Yurddaş Partiyasının sədri, keçmiş millət vəkili Mais Səfərli bildirib.

Qeyd edək ki, Yurddaş Partiyasının əsas fəaliyyət istiqamətlərindən biri xaricdə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarını qorumaq, diaspor məsələsi ilə bağlı təşkilatlanma işində onlara kömək göstərməkdir.

Partiya sədri qeyd edib ki, yaxın günlərdə bir neçə xarici ölkədə olub, Azərbaycan cəmiyyətlərinin fəaliyyəti ilə maraqlanıb: "Fəaliyyətlərin yenidən qurulması istiqamətində onlarla müəyyən tədbirlər planlaşdırılmışıq".

M.Səfərli onu da qeyd edib ki, xarici dövlətlərdə Azərbaycan diasporlarının fəaliyyəti indi onu qane edir: "Azərbaycan prezidentinin bu məsələni diqqətdə saxlaması, bu işin Azərbaycanda dövlət səviyyədə aparılması, xaricdəki diasporların fəaliyyətini tənzimləmək üçün dövlət komitəsinin yaradılması alqışlanmalıdır. Bu gün xaricdə yaşayan azərbaycanlılar Azərbaycana xidmət etmək iqtidarındadırlar".

Partiya sədri buna baxmayaraq onlara dəstəyin də vacibliyindən danışıb və qeyd edib ki, bu dəstək artıq prezident tərəfindən verilib: "Cəmiyyətin özü də bu dəstəyə qoşulmalıdır. Hesab edirəm ki, yaxın illərdə Azərbaycan diasporu erməni diasporunu üstələyəcək".

Xəbər lenti

Xəbər lenti