...

Abituriyentlərin apellyasiya şikayətlərinə avqustun 23-dən baxılacaq

Cəmiyyət Materials 21 Avqust 2006 13:07 (UTC +04:00)

2006-2007-ci dərs ilində Azərbaycanın ali məktəblərinə daxil olmayan abituriyentlərin apellyasiya şikayətlərinə avqustun 23-dən 27-dək baxılacaq. Bu barədə Trend ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Abituriyentlər avqustun 22-dən başlayaraq imtahanların nəticələri və toplanmış ballara dair məlumat ala bilər. Bu günlərdə TQDK ali məktəblərə qəbul imtahanlarında toplanmış ballar əsasında texnikumlara qəbul elan edəcək. Ali məktəblərə qəbul qaydaları isə bu günlərdə "Abituriyent" jurnalının növbəti sayında dərc olunacaq.

Xatırladaq ki, ali məktəblərə keçirilmiş imtahanların nəticələrinə görə, yerlərin 89%-i tutulub, 2722 yer isə boş qalıb.

Xəbər lenti

Xəbər lenti