...

"Karvan" futbol klubu Praqaya yola düşür

Cəmiyyət Materials 22 Avqust 2006 13:52 (UTC +04:00)

"Karvan" futbol klubu UEFA Kubokunun ikinci raundunun "Slaviya"ya qarşı cavab oyununda iştirak etmək üçün Praqaya yola düşür.

Trend xəbər verir ki, bu görüşdə yevlaxlıların baş məşqçisi Yunis Hüseynov ötən görüşdə iştirak etməyən, aparıcı yarımmüdafiəçilərdən biri tunisli Bəşir Muqadinin xidmətlərindən istifadə edə biləcək. Artıq avqustun 23-də komanda "Slaviya"nın stadionunda məşq edəcək, bir gün sonra isə bu stadionda oyun keçiriləcək və cütlükdən kimin qalib olacağı müəyyənləşdiriləcək.

Görüşün favoritləri səfər oyununda "Karvan"a 2:0 hesabı ilə qalib gəlmiş çexlərdir. Və indi yevlaxlılar iki top çatışmazlığını aradan qaldırmaq üçün əllərindən gələni etməlidirlər.

Xəbər lenti

Xəbər lenti