...

Azərbaycan alpinisti İsrafil Aşurlu Everestə yürüş etməyə hazırlaşır

Cəmiyyət Materials 26 Avqust 2006 11:33 (UTC +04:00)

Azərbaycan alpinisti İsrafil Aşurlu dünyanın ən yüksək zirvələrindən biri olan Everestə qalxmaq fikrindədir.

İdmançının Trend ə verdiyi xəbərə görə, bu yaxınlarda İsmayıl Somoni (Kommunizm) zirvəsini fəth etdikdən sonra onun qarşısında duran məqsəd Tyan-Şana yürüş etməkdir. Həm də o, Moskva alpinizm federasiyası və "Alpindustriya" şirkəti tərəfindən bu il təşkil edilmiş "Yeddi zirvə" layihəsi çərçivəsində Everestə yürüş edən beynəlxalq ekspedisiyanın tərkibinə daxl edilib, lakin səhhəti imkan vermədiyindən, həmin yürüşdə iştirak edə bilməyib. "Gələn mövsümdə mən mütləq həmin zirvəyə qalxmalıyam, ona görə də gələn həftədən artıq yürüşə hazırlaşmağa başlayacağam", - deyə İ.Aşurlu qeyd edib.

Qeyd etmək lazımdır ki, bu layihə çərçivəsində İsrafil artıq bir çox məşhur dağlarda olub, onların arasında Şimali Amerikanın ən yüksək nöqtəsi - Mak-Kinli və Antarktidadakı Vinson zirvəsi də var.

Xəbər lenti

Xəbər lenti