...

Bu il 100 abituriyent prezident təqaüdçüsü olacaq

Cəmiyyət Materials 26 Avqust 2006 12:03 (UTC +04:00)

2006-2007-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600-dən çox bal yığmış 100 abituriyent prezident təqaüdçüsü olacaq. Bu barədə Trend ə Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib.

Təqaüdlər bütün 5 ixtisas qrupu üzrə bölüşdürüləcək. Lakin 5-ci ixtisas qrupunda cəmi 5-6 abituriyent 600 bal yığdığından, qalan təqaüdlər digər dörd qrup arasında bölüşdürüləcək.

Dövlət komissiyasının məlumatına görə, imtahanlarda yaxşı nəticə göstərmiş abituriyentlərin əksəriyyəti böyük şəhərlərin -Bakı, Gəncə, Sumqayıtın ümumtəhsil məktəblərinin, həmçinin türk litseylərinin və xüsusi təmayüllü litseylərin məzunlarıdır.

Xəbər lenti

Xəbər lenti