...

"Qala" basketbol klubu liderlərə əvəz axtarır

Cəmiyyət Materials 9 Sentyabr 2006 11:41 (UTC +04:00)

"Qala" basketbol klubu növbəti mövsüm ərəfəsində heyətin möhkəmləndirilməsi istiqamətində işə başlayır.

Komandanın baş məşqçisi Elxan Əliyevin Trend ə verdiyi məlumata görə, bu addım Tahir Baxşıyev, Zaur Paşayev və Aleksandr Rındin kimi aparıcı oyunçuların xarici klublara getməsi ilə əlaqədar atılıb. Məşqçi qeyd edib ki, liderlərin getməsi ilə hər şeyi sıfırdan başlamaq lazım gələcək. Bununla belə, E.Əliyev vurğulayıb ki, artıq 7-8 yeni potensial oyunçu "Qala"da çıxış etmək istəyini bildirib. Əsas üstünlük isə yerli basketbolçulara veriləcək. Belə ki, komanda qarşıdakı mövsümdə Avropa kuboklarında çıxış etməyəcək.

Xatırladaq ki, dəfələrlə ölkə çempionu olmuş "Qala" Azərbaycan yığmasının əsas klubu sayılır.

Xəbər lenti

Xəbər lenti