...

Hacı Məmmədov başçılıq etdiyi və istintaqa məlum olmayan ikinci cinayətkar dəstə barədə məlumat verəcək

Cəmiyyət Materials 12 Sentyabr 2006 14:37 (UTC +04:00)

Sentyabrın 12-də Hacı Məmmədov məhkəmənin nəzərinə çatdırıb ki, başçılıq etdiyi və istintaqa məlum olmayan başqa cinayətkar dəstə barədə də məlumat verəcək. Trend xəbər verir ki, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi 25 nəfərdən ibarət bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Dövlət itttihamçıları Bəşir Cəfərov və Abdulla Yusifov Hacı Məmmədovdan həmin bandada olmuş şəxslərin kimlikləri barədə soruşduqda H.Məmmədov bildirib ki, bu barədə məhkəmənin gedişatında məlumat verəcək. H.Məmmədov yalnız onu deyib ki, həmin qrupları o, ehtiyatda saxlayırmış.

Sonra digər təqsirləndirilən şəxs Aslanbek Çintamirov dövlət ittihamçılarının suallarını cavablandırıb. O, Fətulla Hüseynovun qətlində iştiraka Hacı Məmmədov tərəfindən təhrik olunduğunu bildirib: "Hacı Məmmədov dedi ki, əgər biz bu gün Fətullanı öldürməsək, bizim özümüzü və ailəmizi məhv edəcəklər. Odur ki, Fətullanın qətlini tezləşdirmək lazımdır".

A.Çintamirov Zamirə Hacıyevanın oğurlanması epizodu ətrafında da danışaraq bildirib ki, Hacı Məmmədov öz məhkəmə ifadələrində həyat yoldaşı və dəstə üzvü olan Nailə Quliyevanı cinayətlərdən kənarda saxlayır. Lakin Zamirə Hacıyevanın oğurlanmasında şəxsən Nailə Quliyeva yaxından iştirak edib və hadisə yerində olub.

Məhkəmə iclası davam edir.

Xəbər lenti

Xəbər lenti