...

Cüdo üzrə Avropa birinciliyinin qalibi Nicat Şıxəlizadə böyük idmana qayıdır

Cəmiyyət Materials 14 Sentyabr 2006 13:02 (UTC +04:00)

Cüdo üzrə gənclər arasında Avropa birinciliyinin qalibi Nicat Şıxəlizadə tatami üzərinə qayıdır. Qeyd edək ki, yarışdan sonra onun orqanizmində qadağan olunmuş preparatların izləri tapılmışdır.

Azərbaycan yığmasının baş məşqçisi Ağayar Axundzadənin Trend ə verdiyi məlumata görə, dünya çempionatının bürünc mükafatçısı oktyabrda Santo-Dominqoda (Dominika Respublikası) keçiriləcək planet birinciliyində iştirak edə biləcək. Əvvəlki yoxlamaların mənfi nəticə verməsi ilə əlaqədar cüdo üzrə Avropa Birliyi (EJU) Nicata qarşı yüngül cəza tətbiq edib. Buna görə də istedadlı atlet artıq bu il iri yarışda iştirak edəcək. Qeyd edək ki, o, bu yarışda 60 kq-dək çəki dərəcəsində medala iddiaçılardan biridir.

Bundan başqa, Santo-Dominqo birinciliyi ilə yanaşı Beynəlxalq Federasiyanın İcraiyyə Komitəsinin də iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti