...

Korifey bəstəkar Fikrət Əmirovun internet saytı açılıb

Cəmiyyət Materials 4 Oktyabr 2006 16:01 (UTC +04:00)

Bu günlərdə görkəmli Azərbaycan musiqiçisi, dahi bəstəkar Fikrət Əmirovun internet saytı açılıb. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Saytda görkəmli bəstəkarın ən məşhur əsərləri yerləşdirilib, həmçinin onun həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

Saytda bəstəkarın yazdığı operalar, simfonik əsərlər, mahnı və romanslarla yanaşı, onun həyatının müxtəlif məqamlarını əks etdirən fotolar da toplanılıb. Saytın hazırlanmasında əsas məqsəd dünya ictimaiyyətini Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış etmək və görkəmli bəstəkarlarımızın təbliğinə nail olmaqdan ibarətdir. "www.fikretamirov.com" saytın hazırlanması zamanı müəlliflər müasir üslublu dizayndan istifadə etməyə çalışıblar.

Azərbaycan mədəniyyətinə həsr olunmuş digər bir sayt - www.azeriart.net "Retro Sayt"ın isə fəaliyyətə başlamasının səkkiz ili tamam olub. Yeni dizayn və zəngin məzmunu ilə fərqlənən bu internet səhifəsində Azərbaycanın karifey sənətçiləri, bəstəkarları, kinoları, aktyorları, rejissorları, tanınmış şəxsiyyətləri haqqında məlumat əldə etmək olar. Eyni zamanda sayt musiqi dinləmək və kinoları izləmək imkanı da verir.

www.azeriart.net saytını Azərbaycan mədəniyyətinin internetdəki evi kimi də qiymətləndirmək olar.

Xəbər lenti

Xəbər lenti