...

Teymur Rəcəbov Çempionlar Kubokunun 2-ci turunda "Ladya" klubunun qələbə qazanmasına kömək edib

Cəmiyyət Materials 10 Oktyabr 2006 17:04 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu günlərdə Avstriyada keçirilən Çempionlar Kubokunun 2-ci turu çərçivəsində Kazanın "Ladya" klubunun Bosniyanın "Şiroki Brieq" klubuna qalib gəlməsinə kömək edib.

Trend in xəbər verdiyi kimi, birinci lövhədə çıxış edən şahmatçı Ante Brkiçlə qarşılaşmasını heç-heçə hesabı ilə başa vurub. Qarşılaşmanın digər iştirakçılarının 4 partiyası da həmin hesabla bitib. Andrey Karlovun Vyakoslav Jivkoviçi məğlub etməsi isə kazanlılara qələbə gətirib. Bunun sayəsində rusiyalılar bir xal üstünlüyü ilə (3,5:2,5) ilə qalib gəlib. Hazırda "Ladya" məğlubiyyətsiz irəliləyir və Avropa Kubokunda yüksək yerlərə iddialıdır.

Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə Belçikanın KSK klubuna qarşı oyunda Çeboksarın "Elara" klubunun tərkibinə daxil olmayıb. Rusiyalılar KSK üzərində 4,5:1,5 hesabı ilə qələbə qazanıb.

Xəbər lenti

Xəbər lenti