...

Azərbaycan Mətbuat Şurasına daha 5 KİV üzv qəbul olunub

Cəmiyyət Materials 13 Oktyabr 2006 18:24 (UTC +04:00)

Oktyabrın 13-də Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. Bu barədə Trend ə Mətbuat Şurasından (MŞ) məlumat verilib. İclasın gündəliyinə dörd məsələ daxil edilib.

Öncə MŞ sədri Əflatun Amaşov Şuranın avqust-sentyabr aylarında gördüyü işlərə dair hesabatla çıxış edib. Ə.Amaşov İH üzvlərinə quruma son iki ayda daxil olan 35 şikayət barədə məlumat verib. Bildirib ki, müraciətlərin 15-də Şuranın səlahiyyətləri ilə uyğun gəlməyən məsələlərdən bəhs edilib. MŞ bunları tədbir görülməsi üçün aidiyyatlı orqanlara göndərib. Daha 16 kütləvi informasiya vasitəsi ilə bağlı şikayətlər Şuranın katibliyində həllini tapıb - tərəflər arasında anlaşma əldə olunub. 4 şikayət isə baxılmaq üçün komissiyaya təqdim edilib.

Ə.Amaşov avqustda MŞ-nin təşəbbüsü ilə ayrı-ayrı KİI-lərin baş redaktorlarının daxili işlər naziri Ramil Usubovla görüşünü, həbsdə olan jurnalistlərlə bağlı Ali Məhkəməyə müraciət ünvanladığını xatırladıb. Ə.Amaşov sentyabrda Avropa Müstəqil Mətbuat Şuraları Alyansının Sofiyada illik toplantısında, Türk Dövlətləri və Topluluqlarının Antalyada keçirilən X qurultayında iştirakı zamanı bir sıra təşəbbüslərlə çıxış edib. Hesabat İdarə Heyəti üzvləri tərəfindən məqbul sayılıb.

Sonra MŞ Şikayətlər üzrə Komissiyasının İdarə Heyətinə təqdim etdiyi rəylər nəzərdən keçirilib. Azərbaycan Mətbuat Şuraları sıralarına daha 5 KİI qəbul edilib.

Xəbər lenti

Xəbər lenti