...

Zakir Nəsirovun vəkili Adıl İsmayılov məhkəməyə iki hissədən ibarət vəsatət qaldırıb

Cəmiyyət Materials 17 Oktyabr 2006 14:14 (UTC +04:00)

Oktyabrın 17-də Hacı Məmmədovun məhkəməsində təqsirləndirilən şəxs Zakir Nəsirovun vəkili Adıl İsmayılov məhkəməyə iki hissədən ibarət vəsatət təqdim edib. Trend in xəbərinə görə, H. Məmmədov və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Vəkil məhkəmədən xahiş edib ki, MTN 10 mart 2005-ci il tarixdə keçirdiyi "Qara kəmər" əməliyyatından əvvəl aparılan əməliyyət-axtarış işləri ilə bağlı materiallar, həmçinin Elmar Hüseynovun qətli ilə bağlı Prezident Aparatında keçirilmiş müşavirinin tarixi barədə sorğu verilsin. Lakin hakim bildirib ki, indiki mərhələdə bu sorğuların verilməsinə ehtiyac yoxdur və hakim vəsatəti baxılmamış saxladı. Məhkəmə iclası davam edir.

Xəbər lenti

Xəbər lenti