...

AFFA ölkə çempionu "Bakı" klubunun iştirak edəcəyi görüşü təxirə salıb

Cəmiyyət Materials 21 Oktyabr 2006 11:45 (UTC +04:00)

Oktyabrın 23-də Qusarda ölkə çempionu "Bakı" və "Şahdağ" klubları arasında keçiriləcək futbol üzrə ölkə çempionatının 8-ci turunun oyunu daha gec müddətə təxirə salınıb.

Yarışların keçirilməsi üzrə departamentdən Trend ə verilən məlumata görə, buna səbəb meydança sahiblərinin bir sıra aparıcı oyunçularının yeniyetmələrdən ibarət yığmanın (U-19) heyətinə Avropa birinciliyinin seçmə turnirində iştirak etmək üçün çağırışı olub. Yaxın vaxt ərzində qapıçı Osman Umarov, müdafiəçi Nodar Məmmədov, yarımmüdafiəçilər Teymur İsrafilov və İsabala İsrafilov qusarlılara kömək edə bilməyəcək. Görüşün dəqiq tarixi isə bir qədər gec müəyyən olunacaq və ehtimal ki, AFFA-nın təqvimindəki boş günlərdən birində keçiriləcək.

Xatırladaq ki, oynanılmış 7 turdan sonra "Bakı" klubu turnir cədvəlində ikinci yerdədir və "Xəzər"dən 3 xal geri qalır.

Xəbər lenti

Xəbər lenti