...

Gənclər və İdman naziri Gəncəyə səfər edib

Cəmiyyət Materials 25 Oktyabr 2006 16:18 (UTC +04:00)

Bu gün gənclər və idman naziri Azad Rəhimov Gəncəyə gəlib. Trendin Qərb bürosu bildirir ki, nazir UNİSEF-in dəstəyi ilə "Həyatınla oynama - AİDS-ə yox de" devizi altında keçirilən yeniyetmələr arasında minifutbol üzrə yarışın açılış mərasimində iştirak edib.

Yarış Qərb bölgəsi rayonları yeniyetmə kamandaları arasında təşkil olunub. Birincilik 3 gün davam edəcək. Ümumilikdə isə respublikanın 6 bölgəsində belə yarışın keçirilməsi nəzərdə tutulur.

Nazir Azad Rəhimov açılış mərasimində bildirib ki, yarışın "AİDS-ə yox deyək" devizi altında keçirilməsi təqndirəlayiq haldır. "Məqsəd gənclər arasında AİDS əlyehinə təbliğat kompaniyasını həyata keçirməkdir" - deyə nazir bildirib.

Bölgə komandaları arasında qaliblər final mərhələdə Bakıda görüşəcəklər.

Xəbər lenti

Xəbər lenti