...

Hacı Məmmədovun məhkəməsində banda üzvü Husain Abdulvahabov prokurorların suallarını cavablandırıb

Cəmiyyət Materials 26 Oktyabr 2006 13:47 (UTC +04:00)

Oktyabrın 26-da Hacı Məmmədovun məhkəməsində banda üzvü Husain Abdulvahabov prokurorların suallarını cavablandırıb. Trend in məlumatına görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Husain Abdulvahabov prokurorların suallarına cavab olaraq bildirib ki, Hacı Məmmədov və banda üzvü Aslanbek Çintamirovun istintaqa verdikləri qərəzli ifadələr əsasında həbs edilib. "Mənə qarşı 13 epizod üzrə ağır ittihamlar irəli sürülüb. Mən həmin ittihamların heç birini qəbul etmirəm. Qardaşım Sidekin də Hacının bandasında olmasından və cinayətlərdə iştirak etməsindən istintaq vaxtı xəbər tutmuşam" - deyə Husain Abdulvahabov bildirib.

Husain Abdulvahabovun təqsirləndirildiyi epizodlardan biri Bakı şəhər sakini Rəna Nəsibovanın qətli ilə bağlı epizoddur. Husain Abdulvahabov bildirib ki, Bakıda yaşadığı müddətdə Rəna Nəsibova ilə bir dəfə qarşılaşıb və onun qətlindən xəbərsiz olub. O, üzünü hakim Əli Seyfəliyevə tutaraq söyləyib ki: "Mən Rənanı birinci və sonuncu dəfə elə bu məhkəmə binasında qardaşım Sidekin sizin hakimliyiniz ilə keçirilən məhkəmə iclasında görmüşəm. Sonradan eşitmişəm ki, həmin qadını qətlə yetiriblər" - deyə təqsirləndirilən şəxs bildirib.

Məhkəmə iclası Husain Abdulvahabovun dindirilməsi ilə davam edir.

Xəbər lenti

Xəbər lenti