...

Azərbaycan və Türkiyənin Təhsil Nazirlikləri arasında Əməkdaşlıq haqqında protokol imzalanacaq

Cəmiyyət Materials 30 Oktyabr 2006 15:32 (UTC +04:00)

Azərbaycan və Türkiyənin Təhsil Nazirlikləri arasında Əməkdaşlıq haqqında protokol imzalanacaq. Azərbaycan Təhsil Nazirliyinin xarici əlaqələr və koordinasiya idarəsinin rəisi Mahir Əliyevin Trend ə verdiyi xəbərə görə, sənəd Türkiyənin təhsil naziri Hüseyn Çelikin noyabrın 1-4-də Azərbaycana səfəri zamanı imzalanacaq.

Türkiyə naziri Azərbaycan Təhsil Nazirliyinin dəvəti ilə gələcək. Səfər zamanı ölkələr arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi haqqında danışıqların keçiriləcəyi nəzərdə tutulub. Türkiyənin təhsil naziri Azərbaycanın təhsil sisteminin fəaliyyəti ilə tanış olmaq, tələbə və müəllim mübadiləsi ilə bağlı məsələləri müzakirə etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti