...

Dünya çempionatında azərbaycanlı voleybolçulara ağır görüş təqvimi düşüb

Cəmiyyət Materials 30 Oktyabr 2006 16:20 (UTC +04:00)

Yaponiyada keçirilən Dünya çempionatının qrup mərhələsində Azərbaycanın qadınlardan ibarət voleybol yığmasına ağır görüş təqvimi düşüb.

Trend xəbər verir ki, artıq yarışın ilk günü (31 oktyabr) Faiq Qarayevin yetirmələri Çindən olan Olimpiya çempionları ilə güclərini sınamalıdırlar, bir gün sonra isə Afina oyunlarının gümüş mükafatçıları olan rusiyalılara qarşı meydana çıxmalıdırlar. Sonra yerli voleybolçularımız Almaniya, Dominikan Respublikası və Meksika ilə də ağır görüşlər gözləyir. Bu görüşlərin yekununda növbəti raunda vəsiqə alacaq kollektivlər müəyyəndəşdiriləcək.

Mundialın reqlamentinə əsasən növbəti mərhələyə hər qrupdan dörd ən yaxşı dörd yığma çıxacaq, ona görə də yığmanın öz vəzifəsini minimum şəkildə yerinə yetirmək şansı var.

Xəbər lenti

Xəbər lenti