Qadınlardan ibarət Azərbaycanın voleybol yığması Yaponiyada keçirilən dünya çempionatının birinci turundan sonra "B" qrupunda dördüncü yerdə qərarlaşıb.
Trend in xəbər verdiyi kimi, Faiq Qarayevin yetirmələrinin tutduğu mövqe növbəti mərhələyə çıxış üçün keçiddir. Turnir cədvəlində komandamız Dominikan Respublikası və Meksikanı qabaqlayır, hərçənd, hər üç kollektiv üç xal toplayıb. Lakin voleybolçularımız udulmuş və uduzulmuş partiyalar arasındakı ən yaxşı fərqə görə yüksəkdədir. Xüsusilə, voleybolçularımız Çinlə yarışda bir seti uda biliblər (1:3). Domikanlılar və meksikalılır isə heç-heçə hesabla öz rəqiblərinə güzəştə gediblər.
Eyni zamanda, "B" qrupunda birinci yerdə Rusiya qərarlaşıb. Bu komanda noyabrın 1-də Azərbaycan yığması ilə görüşəcək.