...

AŞPA həmməruzəçiləri hüquq müdafiəçiləri və hakimiyyət nümayəndələri ilə görüşəcək

Cəmiyyət Materials 1 Noyabr 2006 12:33 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Toni Lloyd noyabrın 2-də hüquq müdafiəçiləri və hakimiyyət nümayəndədərindən yaradılmış İşçi qrupun üzvləri ilə görüşəcək. Bu barədə Trend ə İşçi qrupunun üzvü, Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.

N.Cəfəroğlu onu da qeyd edib ki, görüş saat 9.00-da Avropa Şurasının Bakı ofisində keçiriləcək: "Görüş əvvəlcə Milli Məclisdə planlaşdırımışdı. Lakin biz buna etiraz etdik. Səbəb də İşçi qrupunda təmsil olan hakimiyyət nümayəndələri ilə aramızda olan fikir ayrılığı ilə bağlıdır. Ona görə də görüşün Avropa Şurasının Bakı ofisində keçirilməsini təklif etdik. Əgər görüş Milli Məclisdə keçirilsəydi, biz orada iştirak etməyəcəkdik".

Hüquq müdafiəçisi onu da bildirib ki, görüşdə hüquq müdafiəçilərindən Səidə Qocamanlı, Arzu Abdullayeva, Səadət Bənənyarlı, Sahib Məmmədov, Çingiz Qənizadə, Eldar Zeynalov, Elçin Behbudov və özü iştirak edəcək: "Hakimiyyətdən kimlərin gələcəyini isə deyə bilmərəm". Hüquq müdafiəçisi deyib ki, görüşdə siyasi məhbus məsələsi müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti