...

Hacı Məmmədovun məhkəməsində hal şahidləri dindirilib

Cəmiyyət Materials 3 Noyabr 2006 14:56 (UTC +04:00)

Noyabrın 3-də Hacı Məmmədovun məhkəməsində hal şahidləri dindirilib. Trend in məlumatına görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Şahid Rüstəm İbadov təqsirləndirilən şəxs Mehman Səmədova məxsus maşından narkotik maddə tapılmasüı epizodu üzrə ifadə verərkən Hacı Məmmədov bu epizoda aydınlıq gətirib və qeyd edib ki, maşından tapılan narkotik maddə Mehmana yox, ona məxsusdur. "Mən Mehmanın maşınından istifadə edərkən həmin narkotikanı yaddan çıxarıb maşında qoymuşdum. Mehmanın bundan xəbəri olmayıb. Əgər içərisində narkotika olan həmin bükülünü 20 bükülü arasında mənə göstərsələr mənə məxsus olanı dərhal tanıyaram" - deyə H.Məmmədov qeyd edib.

Sonra inkasator maşınına basqınla əlaqədar şahid Şahin Paşayev ifadə verib. O bildirib ki, basqın edilən maşının sürücüsü olub. Şahid epizod ətrafında prokurorların suallarını cavablandırıb.

Hal şahidi Vaqif Məmmədovla təqsirləndirilən şəxsin ifadəsi arasında isə ziddiyyət yaranıb. V.Məmmədov Mehman Həsənovun yaşadığı mənzilə keçirilən baxış zamanı hal şahidliyi edib. Şahid bildirib ki, baxış nəticəsində mənzildən çoxlu sayda güllə, "Makarov" markalı tapança və narkotik vasitə tapılıb.

Qeyd edək ki, Mehman Həsənov qanunsuz yolla narkotik vasitə və odlu silah əldə edib saxlamaqda, o cümlədən Gön-Dəri Zavodunun direktoru Yaruxan İliyevə basqına cəhddə təqsirli bilinir.

Məhkəmə iclası davam edir.

Xəbər lenti

Xəbər lenti