...

Azərbaycanın ədliyyə naziri Avropa ölkələri ədliyyə və daxili işlər nazirlərinin Moskva konfransında əsas məruzəçi olacaq

Cəmiyyət Materials 4 Noyabr 2006 13:37 (UTC +04:00)

Noyabrın 9-10-da Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Avropa ölkələrinin ədliyyə və daxili işlər nazirlərinin Moskvada keçiriləcək konfransında əsas məruzəçi qismində iştirak edəcək. Bu barədə Trend ə Ədliyyə Nazirliyinin beynəlxlaq hüquq əməkdaşlığı idarəsinin rəisi Zavər Qafarlı məlumat verib.

Z.Qafarlının sözlərinə görə, "Cinayət ədalət mühakiməsi sahəsində Avropa əməkdaşqlığının təkmilləşdirməsi: Huquqi əməkdaşlıq haqqında Avropa konvenisiyalarının təsirinin effektivliyinin təkmilləşdirilməsi istiqamətləri" mövzusunda keçiriləcək. Fikrət Məmmədovun məruzəsi xusüsilə ekstradisiya və qarşılışqlı hüquqi yardım üzrə Avropa mexanizmlərinin modernləşdirilməsinin zəruriliyinə həsr olunacaq.

Xəbər lenti

Xəbər lenti