2007-ci ilin fevral ayında akademik Budaq Budaqovun rəhbərlik etdiyi Azərbaycan Coğrafiya Cəmiyyətinin qurultayı keçiriləcək. Coğrafiya Cəmiyyətinin elmi katibi Mirnux İsmayılovun Trend ə bildirdiyinə görə, qurultayda coğrafiyanın müasir məsələləri və onun ali, orta məktəblərdə tədrisi problemləri müzakirə ediləcək. Sayca səkkizinci olan qurultayda Ukrayna, Rusiya və Gürcüstandan dəvət olunan coğrafiya alimlərinin iştirakı gözlənilir.
Gələn ilin may ayında isə Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu və Coğrafiya Cəmiyyətinin "Ekstremal təbiət hadisələri" mövzusunda birgə konfransı keçiriləcək.