...

Azərbaycanda QİÇS-ə yoluxanların sayı rəsmi mənbələrdə göstərilənlərdən xeyli çoxdur

Cəmiyyət Materials 27 Noyabr 2006 18:26 (UTC +04:00)

QİÇS infeksiyasına yoluxmuş xəstələr bu yaxınlarda Azərbaycanın Səhiyyə Nazirliyinin AntiQİÇS Mərkəzinin verdiyi məlumatda olduğu kimi təxminən 1000 nəfər yox, daha çox - beş min nəfərdir. Bunu Trend ə Azərbaycan Sağlamlıq Assosiasiyasının vitse-prezidenti Geyhun Bağırov xəbər verib. Bu nəticə BMT-nin QİÇS-lə Mübarizə Proqramının 2006-cı il məruzəsindən götürülüb. "Azərbaycanda QİÇS-in yayılma problemi rəsmi mənbələrdə göstərildiyindən daha aktualdır. Xüsusən nəzərə alsaq ki, əhalinin 60%-i gənclərdən ibarətdir" deyə C. Bağırov bildirib.

Assosiasiyanın keçirdiyi monitorinq göstərib ki, QİÇS-dən müdafiə üsulları barədə Azərbaycan əhalisinin 40-45%-nin xəbəri var, 60%-ə yaxın əhali, xüsusən də, gənclər bu haqqda məlumatlı deyillər.

C. Bağırovun fikrincə, QİÇS-in profilaktikasında əhalinin bütün təbəqələrinə yaxın olan QHT-lər əsas rol oynamalıdırlar: "Azərbaycanda bu xəstəliyin yayılmasına imkan yaradan hər şərait var - əhalinin sürətli yerdəyişməsi, yoxsulluq və məlumatsızlıq".

Xəbər lenti

Xəbər lenti