Bu gün səhər uzun sürən ağır xəstəlikdən sonra Rusiyanın xalq artisti Lyubov Polişuk 58 yaşında vəfat edib. "Vesti 24" telekanalı xəbər verir ki, son vaxtlar aktrisa onurğa sütunu xəstəliyindən əziyyət çəkirdi.
Trend RBK-ya istinadən xəbər verir ki, L.Polişuk onlarla filmdə, o cümlədən "Mənim ölümümdə Klava K.-ni günahlandırmağı xahiş edirəm", "Şahzadə Florizelyanın sərgüzəştləri", "31 iyun", "On iki stul" və bir çox seriallarda çəkilib.