...

Azərbaycan ombudsmanı ANS teleradio şirkətinin bağlanması ilə əlaqədar ölkə prezidentinə müraciət edib

Cəmiyyət Materials 29 Noyabr 2006 17:01 (UTC +04:00)

Azərbaycan ombudsmanı Elmira Süleymanova ANS teleradio şirkətinin bağlanması ilə əlaqədar ölkə prezidentinə müraciət edib. Trend in xəbər verdiyi kimi, o, Azərbaycanda ilk özəl kanalın bağlanmasından narahatlıq ifadə edib.

"Respublikamızda və dünyada gedən dinamik proseslərin işıqlandırılmasında, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, gənclərin milli vətənpərvərlik ruhunda yetişməsində, operativ informasiyanın yayımlanmasında xidmətləri olan bu teleradio kanalının işinin dayandırılması ölkənin beynəlxalq nüfuzuna xələl gətirə bilər", - deyə müraciətdə deyilir.

E.Süleymanova prezidentdən ANS teleradio şirkətinin lisenziyasının uzadılmasında yardımçı olmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti