...

Moskvada "Qolosa Artsaxa" qrupunun konsertinin keçirilməsinə qarşı etiraz aksiyası keçiriləcək

Cəmiyyət Materials 30 Noyabr 2006 18:53 (UTC +04:00)

Rusiyada Ermənistan İlinin bağlanması çərçivəsində Moskva Beynəlxalq Musiqi Evində "Qolosa Artsaxa" qrupunun konserti olacaq. Azərbaycanın Rusiyadakı səfirliyindən Trend in xüsusi müxbirinə verilən xəbərə görə, Azərbaycan diplomatları növbəti erməni provokasiyasına yol verməmək üçün bütün tədbirləri görüblər. Azərbaycan səfirliyi Rusiya XİN-ə etiraz notası göndərib, bundan sonra rusiyalı diplomatlar şifahi şəkildə Azərbaycan tərəfini inandırıblar ki, konsert keçirilməyəcək. Moskva şəhərində "Qolosa Artsaxa"nın afişalarının hələ də asıldığına baxmayaraq, bəzi erməni saytlarından həmin elan götürülüb.

Rusiyalı diplomatların şifahi təminatlarına və Azərbaycan səfirliyinin səylərinə baxmayaraq, "Qolosa Artsaxa"nın konsertinə biletlər sərbəst şəkildə Moskvada Musiqi evinin kassalarında satılır. Musiqi evinin heyəti Trend ə bildirib ki, onlara konsertin ləğv olunması haqqında heç nə məlum deyil və satışda konsertin biletləri var. Əmin olmaq üçün biz bilet almalı olduq. Orada dekabrın 4-də saat 19.00-da Moskva Beynəlxalq Musiqi evində "Qolosa Atrsaxa" qrupunun konsertinin olacağı yazılmışdı.

Bununla əlaqədar Beynəlxalq "Qarabağ" fondu və Azərbaycan Gəncləri Koordinasiya Şurasının (AGKŞ) fəalları Musiqi evinin qarşısında piketin keçirilməsi haqqında xəbərdarlıqla Moskva şəhəri Mərkəzi inzibati dairəsinin Prefekturasına müraciət ediblər. Beləliklə, dekabrın 4-də Moskva Beynəlxalq Musiqi Evinin qarşısında erməni provokasiyasına qarşı etiraz aksiyası keçiriləcək.

Xəbərdarlıqda deyilir: "Bu kollektivin çıxışının yolverilməz olduğunu hesab edirik, belə ki, onlar qondarma Dağlıq Qarabağ separatçı rejimini, "Dağlıq Qarabağ Respublikası"nı təmsil edirlər. Tədbirin məqsədi - etiraz etmək və yalnız Azərbaycan və Azərbaycan xalqına qarşı deyil, həm də Rusiyaya qarşı yönəldilmiş növbəti provokasiyanın qarşısını Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində almaqdır. Tədbirin rəsmi mövqeyi Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və tanınmasından ibarətdir. Buna görə də "Qolosa Artsaxa" qrupu Rusiya Federasiyasının ərazisində qondarma respublika adından çıxış edə bilməz. Ermənistan kobud təcavüzkarlıq aktı törədərək, orada Azərbaycan əhalisinin etnik təmizlənməsini həyata keçirərək və bununla da təxminən bir milyon azərbaycanlını qaçqın və məcburi köçkünə çevirərək, bu günə qədər Azərbaycanın 20% ərazisini işğal altında saxlayır. Məhz Ermənistanın dəstəyi və əlbirliyi ilə Azərbaycanın işğal olunmuş ərazilərində süni surətdə terrorçu və ekstremistlərin separatçı işğal

çılıq rejimi qurulub və onlar özlərini beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmayan "müstəqil respublika" kimi təqdim etməyə çalışırlar. Bu faktlar dəfələrlə Rusiyanın rəsmi şəxsləri tərəfindən də təsdiq olunur, lakin təəssüf ki, burada, ölkə daxilində müəyyən qüvvələr provokasiya yolu ilə və yolverilməz aksiyalarla Rusiya və Azərbaycan arasında çoxəsrlik, dostluq münasibətlərini məhv etməyə çalışırlar. Buna isə heç cür yol vermək olmaz, belə ki, bu, hər iki ölkənin milli və dövlət maraqlarına tamamilə ziddir".

Etiraz aksiyası aşağıdakı şüarlar altında keçiriləcək: "Rusiya və Azərbaycan - strateji tərəfdaşdırlar!", "Rusiya və Azərbaycan xalqları - qardaş xalqlardır!", "Rusiya və Azərbaycan xalqları - bütün separatçı, ekstremist, quldur və terrorçulara qarşıdır!", "Erməni separatçıları digərlərindən heç nə ilə fərqlənmirlər!", "Qarabağ-Azərbaycandır!", "Ermənistan- işğalçıdır!", "Qukasyan= Dudayev, Masxadov, Raduyev və b.!"

Xəbər lenti

Xəbər lenti