...

Güney Azərbaycan Milli Hökumətinin ildönümü münasibətilə M.Ə.Rəsulzadənin məzarı önündə toplantı olacaq

Cəmiyyət Materials 11 Dekabr 2006 13:30 (UTC +04:00)

"21 Azər Hərəkatı" ilə tarixə düşmüş Güney Azerbaycan Milli Hökumətinin (1945-1946-ci illərdə) yaradılmasının 61-ci ildönümü Türkiyədə də qeyd olunacaq. Bu barədə Trend ə Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı nümayəndəliyindən məlumat verilib.

İldönüm münasibəti ilə dekabrın 16-da Ankarada azərbaycanlı tələbələr tərəfindən Azərbaycan Cümhuriyyətinin (1918-ci il) qurucusu Məmməd Əmin Rəsulzadənin məzarı önündə anım mərasimi keçiriləcək. Azərbaycan və Türk tələbələrinin, GAMOH nümayəndələrinin iştirak edəcəyi toplantıda həm Quzey, həm Güney Azərbaycanda milli hökumətlərin yaradılması tarixi, onların baniləri yad ediləcək.

İştirakçılar Atatürk Öyrənci Yurdunun önündə toplanaraq Asrı məzarlığına doğru hərəkət edəcəklər.

Qeyd edək ki, GAMOH 1995-ci ildə İranda yaşayan azərbayacanlıların haqları uğrunda açıq mübarizə aparmaq məqsədilə təsis olunub. Təşkilat Azərbaycan türkçülüyünün təbliği hərəkatına başlayan professor Mahmudəli Çöhrəqanlı və onun silahdaşları tərəfindən gizli şəraitdə müxtəlif kod adları altında yaradılıb. Qurum Güney Azərbaycanda kütləvi aksiyalara, etirazlara, həmçinin maarifçilik hərəkatına, milli şüurun yüksəldilməsi və milli oyanış hərəkatına başlayıb. Dünyanın müxtəlif ölkələrində 24 təmsilçiliyi-bürosu olan GAMOH beynəlxalq hüquq və prinsiplərə əsaslanaraq, Güney Azərbaycanın "öz müqəddəratını təyinetmə" haqqının bərpası uğrunda mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti