...

Beynəlxalq Güləş Federasiyasının baş katibi Bakıya gəlir

Cəmiyyət Materials 12 Dekabr 2006 12:29 (UTC +04:00)

Bu gün Beynəlxalq Güləş Federasiyasının baş katibi Mişel Büson Bakıya gəlir. Bu barədə Trend ə Azərbaycanın Gənclər və İdman Nazirliyindən xəbər veriblər.

Nazirlikdən bildiriblər ki, səfərin məqsədi - güləşin sərbəst və yunan-roma növləri üzrə gələn il Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı təşkilati məsələləri Azərbaycan tərəfi ilə müzakirə etməkdir.

Federasiyanın baş katibi çempionat keçiriləcək Heydər Əliyev adına İdman-sərgi kompleksi ilə tanış olacaq, idmançıların qalacağı mehmanxanalarda olacaq, texniki detalları müzakirə edəcək.

Səfər çərçivəsində M.Büson Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Güləş Federasiyasnın rəhbərliyi ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti