...

Teleradio Şurasının sədri: "Bölgələrdə yerli telekanalların reklamla bağlı vəziyyəti acınacaqlıdır"

Cəmiyyət Materials 21 Dekabr 2006 19:22 (UTC +04:00)

"Biz Azərbaycanın bölgələrində yerli telekanalların açılmasına başlamışıq. Amma təəssüf ki, yerlərdə yetərli baza yoxdur, reklamla bağlı vəziyyət acınacaqlıdır". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

O qeyd edib ki, teleradio sahəsi ilə bağlı bölgələrdə tələbata uyğun addımlar atılır. N.Məhərrəmli bildirib ki, Azərbaycanda gələcədə mədəniyyət, idman və təhsillə bağlı ayrıca telekanallar açıla bilər: "Lakin parlamentin fəaliyyəti və digər sahələrə dair telekanal açılması məqsədəuyğun deyil. Çünki istər dövlət kanalında, istər İctimai Televiziyada bu sahələrə aid kifayət qədər vaxt ayırmaq mümkündür".

Şura sədri onu da deyib ki, bu günlərdə "Lider" televiziyasının lisenziyasının uzadılması məsələsinə baxılacaq. Onun sözlərinə görə, "Lider"in bağlanmasını tələb edən şərtlər yoxdur.

Xəbər lenti

Xəbər lenti