...

Azərbaycanın futbol yığmasının baş məşqçisi kadr dilleması ilə qarşılaşıb

Cəmiyyət Materials 11 Yanvar 2007 15:17 (UTC +04:00)

Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi Şahin Diniyev müdafiəçi Sergey Sokolovun UEFA tərəfindən idman yarışlarından mərhum olunmasından sonra ciddi kadr problemi ilə qarşılaşıb.

Trend in verdiyi məlumata görə, oyunçu komandada əsas fiqurlardan biri idi, amma UEFA-nın qərarına görə, o, il yarım ərzində meydana çıxa bilməyəcək və deməli avtomatiki olaraq Avropa-2008 çempionatının seçmə turnirinin qalan matçlarını buraxacaq. Bununla əlaqədar olaraq, Ş Diniyev müdafiəçi əvvəllər kapitan olmağına baxmayaraq, bütün bu vaxt ərzində komandaya çağırılmayan Rəşad Sadıqovu yenidən komandaya cəlb edə bilər.

Qeyd etmək lazımdır ki, UEFA FİFA-ya bu təşkilatın sayəsində keçiriləcək bütün turnirlərdən S. Sokolovun mərhum edilməsi məqsədilə sorğu göndərib, belə ki, Dünya antidopinq agentliyinin laboratoriyası Kölndə futbolçunun orqanizmində betametazon aşkar edib.

Xəbər lenti

Xəbər lenti