...

ECU İcra Komitəsi Bakıda qırxdan yuxarı məsələni müzakirə edib

Cəmiyyət Materials 13 Yanvar 2007 14:57 (UTC +04:00)

Avropa Şahmat İttifaqı İcra Komitəsi (ECU) Bakıda yekunlaşdırılan təqvim yığıncağında təxminən 40-a yaxın məsələni müzakirə edib.

Milli Federasiyanın vitse-prezidenti Mahir Məmmədov Trend ə bildirib ki, yığıncaq çərçivəsində toplaşanlar bu ilin və gələn ilin böyük yarışlarının keçiriləcəyi paytaxt şəhərləri təyin etməklə yarış təqvimini təsdiq edib. Avropa-2007 komanda çempionatı Kritdə, iki il sonra isə Noviy Sadda keçiriləcək. Bu ilin Avropa çemionatı Drezdendə, Avropanın gənclər birinciliyi isə Xorvatiyada keçiriləcək. Avropa çempionları kuboku -2007 yarışlarının Türkiyədə keçirilməsi planlaşdırılıb. Xatırladaq ki, M.Məmmədov ECU xəzinədarı vəzifəsini tutur, onun səlahiyyətlərinə milli federasiyalardan vaxtıl vaxtında üzvlük haqlarının yığılmsı da daxildir.

Xəbər lenti

Xəbər lenti