...

Voleybolçu Natalya Məmmədova Çempionlar Liqasının ən yaxşı bombardiri mükafatını qazana bilər

Cəmiyyət Materials 16 Yanvar 2007 14:36 (UTC +04:00)

"AzerReyl" valeybol klubunun hücumçusu Natalya Məmmədova yenidən Çempionlar Liqasının ən yaxşı bombardiri titulunu qazana bilər.

Trend in verdiyi xəbərə görə, avropa kubokunun qrup mərhələsində sonuncu turda Pesaronun "Skavolini"sinə qarşı oyun ərəfəsində idmançı bu nominasiyanın lideridir və cədvəllə inamla başçılıq edir. Baxmayaraq ki, İsveçrə "Volero" komandasından olan Virciniya De Karne və "Otel Kanturadan" olan du Nasimenta onu sıxışdırmaq istəyir, Natalyanın birinci mərhələnin sonuncu matçındakı nəticə oyunu ona arzu olunan mükafatı qazandıra bilər. Həm də Avropa Valeybol Federasiyası mükafatı bütün turnirə görə yox, qrup mərhələsinin bitməsillə təqdim edir.

Qeyd etmək lazımdır ki, N. Məmmədova artıq iki mövsüm dalbadal Liqanın ən yaxşı snayperidir və titul qazanmaqdan əl çəkmək niyyətində deyil.

Xəbər lenti

Xəbər lenti