...

Əli İsmayılov: Mən WBA çempion kəmərini Bakıya gətirməyə çalışacam

Cəmiyyət Materials 18 Yanvar 2007 13:18 (UTC +04:00)

"Mən psixoloji cəhətdən çox sarsılmışam ki, Luiziano Torresə qarşı döyüş Bakıda keçirilməyəcək. Buna baxmayaraq, döyüşə hazırlaşmağı davam etdirmək lazımdır". Bu barədə peşəkar-boksçu Əli İsmayılov WBA (World Boxing Association) kəməri uğrunda mühüm görüşün Bakıda keçirilməməsi ilə bağlı faktı şərh edərkən bildirib.

İdmançının sözlərinə görə, azakreşləri qarşısında çıxış edə bilmədiyi və peşəkar ranqda özünün ilk titulunu onların gözləri qarşısında qazana bilməyəcəyi üçün çox məyusdur. Ə.İsmayılov bildirib: "Nə etmək olar, mənim üçün əsas - titulun qazanılmasıdır. Mən əlimdən gələni edəcəm ki, çempion kəmərini Bakıya gətirim".

Xatırladaq ki, döyüşün bu dəfə təxirə salınması sayca artıq üçüncüdür, nəzərə alsaq ki, görüş hələ dekabrda baş tutmalı idi.

Xəbər lenti

Xəbər lenti