...

Bu gün AŞ PA-nın Miqrasiya, qaçqınlar və məskunlaşma Komitəsində Cənubi Qafqazda itkin düşmüş şəxslər məsələsi müzakirə olunacaq

Cəmiyyət Materials 24 Yanvar 2007 13:18 (UTC +04:00)

Bu gün Avropa Şurası Parlamet Assambleyasının (AŞ AP) qış sessiyası çərçivəsində qurumun Miqrasiya, qaçqınlar və məskunlaşma Komitəsinin iclası keçiriləcək.

Trend in məlumatına görə, iclasda Cənubi Qafqazda itgin düşmüş, əsir və kirov götürülmüş şəxslərlə bağlı məruzə müzakirə olunacaq. Qeyd edək ki, bu məruzəni hallandiyalı deputat Leo Platvoet hazırlayıb.

Azərbaycan tərəfi Leo Platvoetin məruzəsinin ilkin variantından narazı olsa da, məruzəçi sonradan sənəd də əsaslı dəyişikliklər edib.

Xatırladaq ki, Miqrasiya, qaçqınlar və məskunlaşma Komitəsinin iclasında ölkəmizi Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Gültəkin Hacıyeva təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti