...

Azərbaycan Ekologiya Nazirliyi qeyri-qanuni ovçuluqla bağlı reydlər keçirib

Cəmiyyət Materials 29 Yanvar 2007 10:29 (UTC +04:00)

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühiti mühafizə departamenti 1,6,7 və 8 saylı dairə ekologiya şöbələri ilə birgə ölkə ərazisində qeyri-qanuni ovçuluq faktlarının aşkar edilməsi, yerli meşə materiallarının qeyri-qanuni daşınması və satışı ilə bağlı reydlər keçirib.

Ekologiya Nazirliyinə istinadən Trend bildirir ki, Cəlilabadda aparılan reydlər zamanı həyətlərdən birində qeyri-qanuni gətirilmiş ağac-taxta materiallar aşkar edilib, ziyan 1201,76 manat həcmində qiymətləndirilib və 1 saylı şöbə tərəfindən müvafiq işlər görülür. Analoji faktlar İmişli, Ağcabədi və Beyləqanda aşkar edilməyib.

Bundan başqa, Bərdə-Yevlax, Göyçay-Ağdaş şosesi üzrə aparılan ryedlər zamanı meşə buraxılış bileti olmayan iki avtomobildə 5 m3 həcmində ağac aşkar edilib. Ətraf mühitə vuraln ziyan 77,7 manat həcmində qiymətləndirilib və bu vəsait günahkarlar tərəfindən ödənilib.

Xəbər lenti

Xəbər lenti