...

Azərbaycanın hüquq müdafiəçiləri Güney Azərbaycanda həbs edilən siyasi məhbusların azadlığa buraxılmasını tələb edirlər

Cəmiyyət Materials 27 Fevral 2007 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend S.İlhamqızı/Azərbaycanın hüquq müdafiəçiləri Güney Azərbaycanda insan hüquqlarının kütləvi şəkildə pozulmasına dair birgə bəyanat qəbul ediblər. Bəyanatda 30 milyonluq Güney Azərbaycan türklərinin milli, siyasi, ictimai, mədəni hüquqlarına hörmət olunması, həbs edilən azərbaycanlı siyasi fəalların azadlığa buraxılması tələb olunur.

Sənəddə qeyd edilir ki, bu il Güney Azərbaycanın Təbriz, Ərdəbil, Zəncan Urmu, Xoy, Makı, Marağa, Sulduz və başqa şəhərlərində keçirilmiş etiraz aksiyaları güc strukturlarının hərbi müdaxiləsi nəticəsində amansızcasına yatırılıb: "Bizdə olan məlumatlara görə, 92 nəfər öldürülüb, minlərlə insan yaralanıb, 15 mindən çox insan həbs edilib. İndiyədək öldürülən insanların cəsədləri ailələrinə verilməyib. Qaytarılan cəsədlərə görə isə mərhumların ailəsindən 2500 ABŞ dolları məbləğində cərimə alınıb, həmçinin onlar əzizlərinin guya öz əcəli ilə öldüyünü təsdiqləməyə məcbur ediliblər. Ağır işgəncələrə məruz qalmış onlarla insanın cəsədi isə su hövzələrinə, çaylara zibilliklərə atılıb, tanınmaz hala salındığından cəsədlərin kimliyinin müəyyənləşdirilməsi mümkün olmayıb. Həbs olunan milli fəallar isə İranın polis və ETTELAT orqanları tərəfindən ağır işgəncələrə məruz qalmaqda davam edirlər", deyə bəyanatda məlumat verilir.

Hüquq müdafiəçiləri beynəlxalq sənədlərdə göstərilən prinsiplərə istinad edərək insanların işgəncəyə, qeyri-insani, alçaldıcı rəftara və cəza növlərinə məruz qalmamalı olduğunu bəyan ediblər.

Xəbər lenti

Xəbər lenti