...

Apellyasiya Məhkəməsi Tarif Şurasına qarşı daha bir şikayəti təmin etmədi

Cəmiyyət Materials 15 Mart 2007 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Bu gün Apellyasiya Məhkəməsində hakim Əhməd Əhmədovun sədrliyi ilə Səbayel rayon məhkəməsinin qətnaməsindən verilən şikayətə baxılıb. Hüquqşünac İntiqam Əliyev bildirib ki, məhkəmə şikayəti təmin etməyib. Tarif Şurasının "müvafiq icra hakimiyyəti olmadığını" əsas gətirərək iddianı rədd edib.

Bir qrup hüquqşünas və QHT lideri yanvarın 24-də Tarif Şurasına informasiya sorğusu ilə müraciət edərək həmin qurumun 6 yanvar tarixli qərarları ilə bağlı bir sıra sualların cavablandırılması və müvafiq sənədlərin təqdim edilməsini xahiş ediblər.

Tarif Şurası qanunla müəyyən olunmuş müddətdə sorğuya cavab vermədiyi üçün informasiyanı verməkdən imtinaya görə məhkəmədə bu quruma qarşı iddia qaldırılıb. Məhkəmədən Tarif Şurasının üzərinə informasiya sorğusuna cavab verilməsi vəzifəsinin qoyulması xahiş olunub. Lakin Səbail Rayon Məhkəməsinin hakimi İ.Ağayev fevralın 12-də informasiya sorğusu ilə bağlı şikayəti geri qaytarıb. Hakim qərardadını belə əsaslandırıb ki, Tarif Şurası "müvafiq icra hakimiyyəti orqanları, yəni nazirliklər, digər mərkəzi və yerli icra hakimiyyəti orqanları sırasına aid olmadığından onun qərarları məhkəmə qaydasında mübahisələndirilə bilməz.

Xəbər lenti

Xəbər lenti