...

Prezidentin İcra Aparatı İşlər İdarəsinin sabiq müdirinin səhhəti stabildir

Cəmiyyət Materials 29 Mart 2007 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Prezidentin İcra Aparatı İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyevin səhhəti stabildir və o, həkim nəzarətində saxlanılır. Penitensiar Xidmətin Müalicə Müəssisəsinin məsləhətçi-həkimi Mikayıl Məcidov Trend ə açıqlamasında bildirib ki, Muradverdiyevə beyin qan dövranının xroniki çatışmazlığı diaqnozu qoyulub və müvafiq təyinatlar aparılıb. Həkim sabiq işlər müdirinin səhhətinin ağırlaşması və ölümcül vəziyyətdə olması barədə yayılan məlumatları təkzib edib. Bildirib ki, ona naməlum nömrədən zəng edən şəxs özünü Muradverdiyevin yaxın qohumu kimi təqdim edib: "Həmin şəxs Muradverdiyevin səhhəti ilə maraqlanıb. Mən ona Muradverdiyevin xəstəliyi barədə məlumat vermişəm. Onun nüvə-maqnit rezanans anqioqrafiya aparatından keçirilməsinin məqsədəuyğun olduğunu demişəm. Onun vəziyyətinin ağır olması barədə mənim adımdan yayılan məlumat həqiqətə uyğun deyil".

Mikayılov Muradverdiyevin bəzən depressiyaya düşdüyünü, əsəbləşdiyinin və bunun onun səhhətinə mənfi təsir etdiyini qeyd edib. O bildirib ki, Muradverdiyev hazırda normal gəzir, danışır və həyatı üçün ciddi təhlükə yoxdur.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Tofiq Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hökmü ilə A. Muradverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. A. Muradverdiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda dövlət əmlakını mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 28.278 (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 28. 220 (kütləvi iğtişaşa hazırlıq) maddələri ilə irəli sürülmüş ittiham üzrə başlanmış cinayət işinin istintaqı isə davam edir.

Xəbər lenti

Xəbər lenti